Lənkəranda 60 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb

17 Avqust 2020 19:19 (UTC+04:00)

Lənkəran rayonunun Şilavar kəndi ərazisindəki yeni yaşayış massivində 60 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb.

“Report”un Cənub Mərkəzinin məlumatına görə, Xeyrulla Qüdrət oğlu Əsədullayev oğluna məxsus fərdi yaşayış evinin həyətində təmir işi görərkən elektrik avadanlığı ilə ehtiyatsız davranıb. Nəticədə onu elektrik cərəyanı vurub.

Ailə üzvləri X.Əsədullayevi Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparsalar da, onun dünyasını dəyişdiyi məlum olub. Mərhumun meyiti ailəsinə təhvil verilib.

Faktla bağlı Lənkəran rayon prokurorluğunda araşdırma aparılır.