Yeni Təhsil nazirindən kadr təyinatları

17 Avqust 2020 20:53 (UTC+04:00)

Təhsil Nazirliyində yeni kadr təyinatları olub. 

Mövqe.az-ın məlumatına görə, Təhsil naziri Emin Əmrullayev bununla bağlı müvafiq əmrlər imzalayıb.

Əmrə əsasən, Simuzər Feyzullayeva nazirin müşaviri, Nərminə Hüseynova isə Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri təyin edilib.