Ermənilər yolsuzluqdan yolu kəsdilər

17 Avqust 2020 22:07 (UTC+04:00)

Ermənistanın Armavir vilayətində gecə saatlarında insanlar aksiya təşkil edib.

Axar.az erməni mediasına istinadla xəbər verir ki, illərdir körpünün uçulub dağılması və yolun bərbad olması səbəbindən əziyyət çəkdiklərini deyən kənd sakinləri Marqara-Vanadzor şosesini bağlamaq istəyiblər.

Onlar bildiriblər ki, yolun və körpünün dəhşətli dərəcədə bərbad vəziyyətdə olmasına görə ölümlə nəticələnən qəzaların sayı-hesabı yoxdur.

Aksiyaçılarla görüşən “Yolinşaat” təşkilatının nümayəndəsi bu barədə məlumatsız olduğunu, sakinlərin tələblərinin yerinə yetirilməsi üçün çalışacağını deyib.