Keçmiş ərinin dostu ilə EŞQ YAŞAYIR

17 Avqust 2020 23:17 (UTC+04:00)
Məşhur türk aktrisası Tuba Büyüküstün, keçmiş əri Onur Saylakın yaxın dostu olan, rejissor Cevdet Mercanla eşq yaşayır. Publika.az xəbər verir ki, aktrisanın eşq dedi-qodusunu türk mətbuatı yayıb. Belə ki, Tubanın Cevdet Mercanla əl-ələ görüldüyü ilə bağlı iddia irəli sürülüb. Bu söz-söhbətlər yayıldıqdan qısa müddət sonra, hazırda "Şeref Sözü" adlı serialı ekranlaşdıran Cevdet Mercanın başqa bir sevgilisinin olduğu və həmin xanımla çəkiliş meydançasına getməsi ilə bağlı yeni xəbər yayılıb. Qeyd edək ki, Tuba Büyüküstün iki övladının atası olan, aktyor Onur Saylakdan boşandıqdan sonra, 3 il Umut Evirgenle eşq həyatı yaşayıb.