Son sutka ərzində Rusiyada koronavirusdan 132 nəfər ölüb

18 Avqust 2020 11:47 (UTC+04:00)
Rusiyada son sutka ərzində 4 748 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub. Trend-in məlumatına görə, bu, aprelin 20-dən sonra ən aşağı göstəricidir. Ümumilikdə ölkədə COVID-19-a yoluxanların sayı 932 493 nəfərdir. Son sutka ərzində 132 nəfər virusdan ölüb. Bununla da infeksiyadan ümumi ölü sayı 15 872 nəfərə çatıb.