Türkiyə səfiri Qarabağın azərbaycanlı icmasının rəhbəri ilə görüşüb

18 Avqust 2020 13:33 (UTC+04:00)
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının ofisini ziyarət edib. Bu barədə məlumat səfirliyin rəsmi "Twitter" səhifəsində yer alıb. Məlumata görə, səfir Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev və idarə heyətinin üzvləri ilə görüş keçirib.