Qazaxıstan millisinin baş məşqçisi vəfat etdi

18 Avqust 2020 14:22 (UTC+04:00)
Rusiyanın CSK VVS komandasının sabiq futbolçusu Raziya Nurkenova vəfat edib. "Report" xəbər verir ki, bu barədə Rusiya Futbol İttifaqının rəsmi saytı məlumat yayıb. Üçqat ölkə çempionu və ölkə kubokunun qalibi olan keçmiş yarımmüdafiəçi 52 yaşında dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmayıb. Qeyd edək ki, Raziya Nurkenova Qazaxıstanın qadınlardan ibarət yığma komandasının baş məşqçisi idi.