Bakıda kriminal aləmin nümayəndələrinə qarşı əməliyyat başladı, saxlanılanlar var

18 Avqust 2020 15:13 (UTC+04:00)
Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Bakıda restoranlardan birində əməliyyat keçirib. Mövqe.az-ın məlumatına görə, əməliyyat kriminal aləmin nümayəndələrinə qarşı keçirilb. Əməliyyat zamanı xeyli şəxsin saxlanıldığı bildirilir. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Trend-ə bildirib ki, hazırda əməliyyat davam edir və nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.