Azərbaycanda koronavirusa yoluxanların bölgələr üzrə son statistikası açıqlanıb

18 Avqust 2020 15:38 (UTC+04:00)
Azərbaycanda koronavirusa yoluxanların 56.2 faizi Bakının payına düşür. Mövqe.az-ın məlumatına görə, yoluxmanın 6.6 faizi Gəncə-Qazax, 15.9 faizi Abşeron, 10 faizi Aran zonası, 4.4 faizi isə Lənkəran şəhərində qeydə alınıb. Yoluxanların 0.8 faizi xaricdən gələnlərdir. Hazırda ölkə üzrə yoluxma hallarının 1.7 faizi Şəki-Zaqatala, 1.9 faizi Quba-Xaçmaz, 1 faizi Yuxarı Qarabağ bölgəsində, 1,7 faizi isə Dağlıq Şirvan ərazilərindədir. Naxçıvanda yoluxma 0,05 faizdir. Qeyd edək ki, ölkə ərazisində indiyə qədər 836 908 test aparılıb. Aktiv xəstə sayı 1 793 nəfərdir, onlardan 202 nəfər reanimasiyadadır, 31 nəfər isə süni tənəffüs aparatına qoşulub.