Karantin dövründə boşanmaların sayı azalıb

18 Avqust 2020 18:43 (UTC+04:00)

Bu il boşananların sayı ötən ilin eyni dövrü ilə müqayisədə az olub.

Mvqe.az qafqazinfo-ya istinadən bildirir ki, 2020-ci ilin altı ayı ərzində qeydiyyat şöbələri tərəfindən 17 841 nikah və 7107 boşanma halları qeydə alınıb.

2019-cu ilin ilk 6 ayı ərzində isə 8257 boşanma qeydə alınıb. Bu il boşananların sayı 1150 nəfər azalıb.