Gözaltı qaralmalar bu vitaminin əskikliyi ola bilər

18 Avqust 2020 19:56 (UTC+04:00)

Bir çoxları gözlərinin altındakı göyərmə, tündləşmə, qaralmadan əziyyət çəkir.

Bəzən bunu yorğunluq, qanazlığı, böyrək xəstəlikləri ilə bağlayırlar.

Mövqe.az medicina.az-a istinadən bildirir ki, bu problemin səbəbi K vitamininin çatışmaması ola bilər.

K vutamini də A və E kimi cavanlıq, dəri və gözəllik vitaminidir.

Onun defisiti kapilyar damarları üzdə olan insan üçün təhlükəlidir.

K vitamini defisiti zamanı dəri pisləşir, solğunlaşır, bozarır, qocalır, göz altında çuxur, qırış və tünd halqalar əmələ gəlir.

Saçlar, dırnaqlar tez qırılır.

Xırda kapilyarlar partlayır, dəri altına qansızma, göyərmə olur.

Ona görə də digər vitaminlər kimi K vitamini də diqqətdə saxlayın. Əgər analizlərdə kəskin defisit aşkarlandısa, bu vitaminin həb formasını qəbul edib, eyni zamanda xaricə çəkmək olar.

Bu vitamin kələm, cəfəri,ispanaq, yaşıl tərəvəzlərdə, çiyələk və pomidorda boldur.