Əsgərlərimiz üçün yığılan vəsait 1,5 milyonu keçib
1 Avqust 2013 21:00 (UTC+04:00)
Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna yığılan vəsaitin
həcmi son bir ayda 1 milyon 508 min 656 manat və 3000 ABŞ dolları
artıb. Bu barədə APA-ya Müdafiə Nazirliyindən məlumat verilib.
Avqustun 1-i tarixinə Fondun manat hesabındakı vəsaitin həcmi 44
182 973 manat, ABŞ valyutasındakı vəsait isə 211 791 dollar təşkil
edib. Avro hesabı isə dəyişməz qalıb (593 Avro).
Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna yığılan vəsait 7 ay
ərzində 8 604 777 manat artıb.
Fondun hesablarındakı ümumi vəsait 56 737 480 ABŞ dollarına
çatıb.
Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan prezidentin
17 avqust 2002-ci il tarixli sərəncamı ilə yaradılıb. Sərəncama
əsasən, Silahlı Qüvvələrə Yardım Fondu respublika ərazisində
fəaliyyət göstərən fiziki və hüquqi şəxslərdən könüllü olaraq daxil
olan vəsait və qanunvericiliklə qadağan olunmamış digər
daxilolmalar hesabına formalaşır.