Bu türk dövlətində Zəngəzur haqqında məqalə yazıldı

19 Avqust 2020 10:05 (UTC+04:00)

 

 

Özbəkistanın tnews.uz portalında Zəngəzur haqqında rus dilində məqalə yerləşdirilib.

 

"Mövqe.az" Azərtac-a istinadla xəbər verir ki, yazıda XX əsrin əvvəllərində Zəngəzur mahalında 149 türk kəndinin olduğu bildirilir.

Materialda Zəngəzur mahalının tarixi haqqında ətraflı məlumat verilir, bu ərazinin qədim türk yurdu olduğu sənədlərlə sübut olunur.

Yazıda bildirilir ki, 1988-ci ildə təkcə Zəngəzurda deyil, indiki Ermənistan adlanan torpaqlarda yaşayan azərbaycanlılar dədə-baba yurdlarından qovulub. Kütləvi terrora məruz qalan azərbaycanlıların son nümayəndələri Zəngəzuru tərk edəndən sonra onlara məxsus yüzlərlə tarixi, maddi-mədəniyyət abidəsi ermənilər tərəfindən dağıdılaraq məhv edilib.

Məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin Zəngəzur haqqında dediklərindən sitat gətirilib: “Zəngəzur mahalı, digər torpaqlar bizim tarixi torpaqlarımızdır, ancaq biz Ermənistana qarşı torpaq iddiası irəli sürmürük, halbuki sürə bilərik. Çünki indiki Ermənistanın yerləşdiyi ərazi qədim türk, Azərbaycan torpaqlarıdır”.

Material Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə çap olunub.