“Barselona”ya yeni baş məşqçi təyin olunub

19 Avqust 2020 10:31 (UTC+04:00)

 

Niderland millisinin baş məşqçisi Ronald Kuman İspaniyanın "Barselona" futbol komandasının baş məşqçisi təyin olunub.

Bu haqda  "Barselona" klubunun prezidenti Xosep Bartomeu açıqlama verib.

Klub rəhbəri bildirib ki, bir müddət əvvəl istefaya göndərilən Kike Setyenin əvəzinə baş məşqçi postuna 57 yaşlı Kuman gətirilib. Prezident eyni zamanda kapitan Lionel Messinin də komandada qalacağını söyləyib.