Gürcüstanda işsizlik artıb

19 Avqust 2020 13:05 (UTC+04:00)

Bu ilin II rübündə Gürcüstanda işsizlik səviyyəsi 12,3% olub.

GR-nın  Milli Statistika İdarəsinin məlumatında bu haqda bildirilib.

İllik müqayisədə göstəricidə 0,9% artım qeydə alınıb.

Aprel-iyunda şəhər yerlərində işsizlik 19,7%, kənd yerlərində isə 4,7% təşkil edib.

Kişilər arasında bu göstəricisi 12,7%, qadınlar arasında isə 11,8%-ə bərabər olub.