Zaqatalada 18 ədəd subartezian quyusu qazılacaq

19 Avqust 2020 13:38 (UTC+04:00)

Prezident İlham Əliyev Zaqatala rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamla Zaqatala rayonunun əhalisi 62 916 nəfər olan 17 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 18 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə Azərbaycanın rayonlarında su təchizatının yaxşılaşdırılması məqsədilə subartezian quyularının qazılması üçün göstərilmiş vəsaitin 1,26 milyon manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Quyuların Aşağı Çardaxlar, Bəhmətli, Dağlı, Gözbarax, Kəpənəkçi, Qandax, Qımır, Maqov, Mosul, Muğanlı, Muxax, Yengiyan, Yeni Suvagil, Yolayrıc, Yuxarı Tala kəndlərində və Əliabad qəsəbəsdində qazılacaq.