Son sutkada Özbəkistanda koronavirusdan 5 nəfər ölüb

19 Avqust 2020 15:39 (UTC+04:00)

 

Son sutka ərzində Özbəkistanda COVID-19 koronavirusuna 660 nəfər yoluxub və belə xəstələrin sayı 36 min 760-a çatıb.

Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir ki, son gündə virusdan 5 nəfər ölüb və bu səbəbdən dünyasını dəyişənlərin sayı 245 nəfərə çatıb.

Xəstəxanalarda 4 min 292 pasiyent olduğu bildirilir, onların 411-nin vəziyyəti ağır, 125-nin isə kritikdir.