Kürdəmirdə 3 vəzifəli şəxs saxlanılıb

19 Avqust 2020 15:48 (UTC+04:00)

 

Kürdəmir Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat zamanı icra  başçısı Ceyhun Cəfərov, icra başçısının birinci müavini Tacəddin Novruzov, ərazi idarəetmə şöbəsinin müdiri Natiq Kərimov və digər vəzifəli şəxslər saxlanılıblar. 

Baş Prokurorluğun məlumatında xəbər verilir ki, onlar rüşvət, dövlət əmlakını mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinirlər.

Qeyd edək ki, əməliyyatı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi keçirib.