Yaşayış üçün ölkəmizi seçənlərin sayı sürətlə artır

19 Avqust 2020 16:28 (UTC+04:00)

Bu il 820 nəfər daimi yaşamaq üçün Azərbaycana gəlib.

 Cari ilin yanvar-iyun aylarında Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 820 nəfər gələn, Azərbaycandan isə 374 nəfər gedən qeydə alınıb.

Bununla da bu il miqrasiya saldosu müsbət 446 nəfər təşkil edib.