Türkiyədə günəş batareyaları istehsal edən ilk fabrikin açılışı olub

19 Avqust 2020 22:25 (UTC+04:00)

 

Türkiyənin paytaxtı Ankara şəhərinin Sincan rayonunda yerləşən sənaye parkında “Kaylon” şirkəti tərəfindən qurulan “Kaylon günəş texnologiyaları” fabrikinin açılışı olub.

AZƏRTAC xəbər verir ki, fabrikin açılış mərasimində iştirak edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yerli imkanlar, o cümlədən türkiyəli kadrlar tərəfindən qurulan fabrikin ölkənin sosial-iqtisadi həyatında oynayacağı rolu yüksək dəyərləndirib. Dövlət başçısı diqqətə çatdırıb ki, başlıca məqsəd ölkənin enerji təhlükəsizliyini təmin etməkdir.

Açılış mərasimində Kalyon şirkətinin rəhbəri Camal Kalyoncu, Xəzinə və Maliyyə naziri Berat Albayrak, Enerji və Təbii Sərvətlər naziri Fatih Dönmez yeni qurulan fabrikin yüksək texniki göstəricilərindən danışıblar. Vurğulanıb ki, günəş batareyalarının istehsalı alternativ enerji mənbələrindən səmərəli istifadəyə şərait yaratdığı kimi atmosferin çirklənməsinin də qarşısını alacaq.