Azərbaycanda kənd təsərrüfatı istehsalı artıb

19 Avqust 2020 22:45 (UTC+04:00)

 

2020-ci ilin yanvar-iyul ayları üzrə Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 4 milyard 919,6 milyon manat təşkil edib.

"Mövqe"-nin məlumatına görə, həmin məbləğin 2 milyard 450,9 milyon manatı heyvandarlıq, 2 milyard 468,7 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 2,0 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 3,2 faiz, bitkiçilik məhsulları üzrə isə 0,7 faiz artıb.