"Lotu Quli" öldürüldü

20 Avqust 2020 08:22 (UTC+04:00)

Kriminal aləmdə "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifov Türkiyədə qətlə yetirilib.

"Mövqe" Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, Antalyada şam etdiyi zaman yaxınları tərəfindən sui-qəsdə məruz qalıb.

Loti Qulinin başından 4 güllə yarası aldığı bildirilir.  O xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

İlkin məlumata görə onu yaralayan şəxs də yaralanıb və hadisə yerindən qaçmağa müvəffəq olub. Ancaq cinayətkar Antalya-Dənizli yolunda polislər tərəfindən saxlanılıb.