ABŞ-ın Demokrt partiyası ölkənin vitse-prezidenti vəzifəsinə senator Kamala Harrisin namizədliyini təsdiqləyib

20 Avqust 2020 08:50 (UTC+04:00)

ABŞ-ın Demokrt partiyası ölkənin vitse-prezidenti vəzifəsinə senator Kamala Harrisin (Kaliforniya ştatından) namizədliyini təsdiqləyib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə qərar Miluoki şəhərində (Viskonsin ştatı) keçirilən ümummilli toplantında qəbul edilib.

Toplantının sədri konqresmen Benni Tompson (Missisipi ştatından) bildirib ki, Kamala Harrisin namizədliyinə alternativ yoxdur: "Kamala Harrisin vitse-prezidentliyə demokratların namizədi seçildiyini elan edirəm".

B.Tompsondan sonra çıxış edən K.Harrir sözügedən vəzifəyə namizəd olmağa razı olduğunu bildirdi.