Paytaxtın Binəqədi rayonunda rayonunda xüsusi karantin rejim qaydalarına əməl etməyən, qapalı məkanda fəaliyyət göstərən, sanitar-epidemioloji normaların pozulması ilə müşayiət olunan idman zalı aşkarlanıb.
Bakı şəhər BPİ Mətbuat Xidmətindən Mövqe-yə verilən məlumata görə, Binəqədi RPİ 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə Mircəlal küçəsində yerləşən idman-məşq zalında 9 nəfər müəyyən olunub.