ÜST: "Peyvəndin hazır olması ilə bağlı ortada sübut yoxdur

20 Avqust 2020 14:31 (UTC+04:00)

"Koronavirus pandemiyasının ən azı bir il, bəlkə də iki il və daha çox bizimlə birlikdə olacağı gözlənilir”.

"Report" xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.

Onun sözlərinə görə, bütün dünyanı əhatə edəcək peyvəndin hazırlanması üçün ümidimiz var: “Ancaq bununla bağlı ortada sübut yoxdur. Ayrıca bir peyvənd hazırlansa belə, onun hər kəs üçün əlçatan olması uzun müddət ala bilər. Bunu nəzərə alaraq gigiyena qaydalarına və ara məsafəsinin qorunmasına diqqət yetirməliyik”.