"Çelsi" "Barselona"nın sabiq futbolçusunu heyətinə qatdı

21 Avqust 2020 10:24 (UTC+04:00)

İngiltərənin "Çelsi" klubu yeni futbolçu transfer edib. 

Mövqe xəbər verir ki, London təmsilçisi son olaraq İspaniya "Barselona"sında çıxış edən Ksavye Mbuyamba ilə müqavilə imzalayıb.

18 yaşlı hollandiyalı müdafiəçi 3 illik sözləşməyə qol çəkib. O, "Çelsi"yə azad agant kimi keçib. 

Qeyd edək ki, Ksavye Mbuyamba "Barselona"da debüt etməyib və klubun U-19 komandasında oynayıb.