Ermənistanda daha 6 nəfər koronavirusdan ölüb

21 Avqust 2020 10:54 (UTC+04:00)

Ermənistanda daha 158 nəfərdə koronavirus aşkarlanıb.

Mövqe xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 42 477-yə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 6 nəfər artaraq 842-yə çatıb. İndiyədək 35 693 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 5 689 aktiv koronavirus xəstəsi var.