Azərbaycan Gürcüstandan avtomobil idxalını artırıb

21 Avqust 2020 18:11 (UTC+04:00)

Bu ilin yanvar-iyul aylarında Gürcüstandan Azərbaycana 12 185 ədəd avtomobil ixrac olunub.

Bu barədə Mövqe-nin yerli bürosuna Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.

Azərbaycanın qonşu ölkədən idxal etdiyi minik maşınlarının ümumi dəyəri 122,2 milyon ABŞ dolları təşkil edib.

İllik müqayisədə Azərbaycanın Gürcüstandan aldığı avtomobillərin sayı 1 397 ədəd və yaxud 13% artıb.