Azərbaycan Gürcüstandan dərman idxalını 30%-dən çox azaldıb

21 Avqust 2020 18:34 (UTC+04:00)

Bu ilin ilk 7 ayında Azərbaycan Gürcüstandan 7,7 milyon ABŞ dolları dəyərində 319,6 ton dərman preparatları tədarük edib.

Bu barədə Mövqe ölkənin Milli Statistika İdarəsinə istinadən bildirir.

İllik müqayisədə qonşu ölkədən Azərbaycana ixrac olunan medikamentlərin həcmi 140,3 ton, yaxud 30,5% azalıb.