Abşeronda iki azyaşlı qardaşı avtomobil vurub, onlardan biri ölüb

21 Avqust 2020 12:46 (UTC+04:00)

Abşeron rayonunda avtomobil 2 azyaşlını vurub.

Bu barədə Mövqe-yə Daxili İşlər Nazirliyindən bildirilib. Məlumata görə, avqustun 20-də saat 13 radələrində Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində Bakı şəhər sakini V.Abbasov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən qəsəbə sakinləri, 9 yaşlı Rüstəm Həsənovu və 7 yaşlı qardaşı Muradı vurub.

Uşaqlar xəsarətlə xəstəxanaya yerləşdirilib, hadisə zamanı ağır xəsarət alan Rüstəm orada ölüb.

Hazırda Abşeron RPİ tərəfindən araşdırma aparılır.