Belarus müxalifəti Rusiya ilə münasibətlərə müsbət baxır

21 Avqust 2020 12:50 (UTC+04:00)

“Biz Rusiya Federasiyası və təbii ki, Avropa İttifaqı ilə maksimal xoş münasibətlərdən yanayıq”.

Mövqe TASS-a istinadən xəbər verir ki, bunu müxalifətin yaratdığı Koordinasiya Şurasının rəyasət heyətinin üzvü Pavel Latuşko söyləyib.

Məlumata görə, o, bunu şuranın Rusiya ilə münasibətləri pisləşdirmək istiqamətində işlər gördüyünə dair fikirlərə cavab vermək məqsədilə bildirib.

Qeyd edək ki, avqustun 19-da Belarus prezidenti Aleksandr Lukaşenko müxalifəti ölkəni Rusiya ilə qarşıdurmaya çəkməkdə günahlandırıb.