Rusiyada son sutkada koronavirusa 4870 nəfər yoluxub, 90 nəfər ölüb

21 Avqust 2020 13:43 (UTC+04:00)

Rusiyada son sutka ərzində daha 4870 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub, 90 nəfər ölüb.

Mövqe-nin məlumatına görə, ölkədə ümumi yoluxanların sayı 946 976 nəfərə çatıb.

İndiyə qədər 16189 nəfər ölüb.