Notariuslar son 7 ayda büdcəyə 20 milyon vergi ödəyib

21 Avqust 2020 15:37 (UTC+04:00)

"2020-ci ilin ilk ayı ərzində 2,1 milyondan artıq notariat hərəkəri rəsmiləşdirilib".

Mövqe xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin onlayn müzakirəsi zamanı Notariat və Qeydiyyat İdarəsinin baş məsləhətçisi Zaur Həsənov deyib.

O bildirib ki, daşınmaz əmlakın təqdim edilməsinə görə sadələşdirilmiş verginin tutulması da notariat tərəfindən icra olunur:

"Bu ilin 7 ayı ərzində 19 milyondan artıq sadələşdirilmiş vergi notarius tərəfindən tutularaq dövlət büdcəsinə keçirilib”.