Ərdoğan: “320 milyard kubmetr təbii qaz kəşf etmişik”

21 Avqust 2020 16:25 (UTC+04:00)

“Muştuluğu sizinlə paylaşmaq istəyirəm. Türkiyə tarixinin ən böyük təbii qaz kəşfini Qara dənizdə gerçəkləşdirdi”.

Mövqe xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.

“Fateh kəşfiyyat gəmisinin iyulun 20-də başladığı kəşfiyyatda 320 milyard kubmetr təbii qaz rezervi kəşf edib. Hədəfimiz 2023-cü ildə Qara dəniz qazını millətimizə təqdim etməkdir”, - dövlət başçısı vurğulayıb.