Düyü idxalı artıb

21 Avqust 2020 17:15 (UTC+04:00)

Bu ilin yanvar-iyul aylarında ölkəyə 41,4 min ton düyü idxal olunub.

Mövqe Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, idxal edilən düyünün dəyəri 28,7 milyon dollar olub.

Xatırladaq ki, keçən ilin eyni dövründə dəyəri 23,5 milyon dollar olmaqla 28,1 min ton düyü idxal edilib.