TƏBİB: "Yumşaltmalara gedəndə bəlli artmalar gözləniləndir"

21 Avqust 2020 17:52 (UTC+04:00)

“Mərhələli şəkildə yumşalmaya getməyimiz davam edir. Müşahidə edirsiniz ki, yumşaltmalara gedəndə bəlli artmalar gözləniləndir”.

Mövqe-nin məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, bu heç də o demək deyil ki, qaydalara riayət etməməliyik: “Hər bir vətəndaş qaydalara əməl etməlidir”.