Musavat partiyasının qərargahını qarət edən şəxs saxlanılıb

22 Avqust 2020 13:43 (UTC+04:00)
Müsavat patiyasının qərargahından 2500 manat dəyərində 2 ədəd kondisioner oğurlamaqda şübhəli bilinən şəxs saxlanılaraq istintaqa cəlb edib. Bu barədə Bakı şəhər BPİ-nin Mətbuat Xidmətindən məlumat verilib. Məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən, əvvəllər məhkum olunan, 1994-cü il təvəllüdlü Toğrul Babayev saxlanılıb. Oğurlanan əmlak maddi sübut kimi aşkar olunaraq götürülüb. Cinayət əməlində şübhəli bilinən digər şəxsin tutulması istiqamətində əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.