Avropa Liqasında həftənin oyunçusu bilindi

22 Avqust 2020 20:59 (UTC+04:00)
UEFA Avropa Liqasında final matçından sonra həftənin ən yaxşı futbolçusu açıqlanıb. "Report"un məlumatına görə, bu ada İspaniyanın "Sevilya" klubunun hücumçusu Luk de Yonq layiq görülüb. O, İtaliya "İnter"ini 3:2 hesabı ilə məğlub etdikləri görüşdə 2 qol vurub. Qeyd edək ki, "Sevilya" tarixində 6-cı dəfə Avropa Liqasını qazanmaqla özünəməxsus rekordu yeniləyib.