Ronaldo Mançesterdə otel inşa etdirəcək

23 Avqust 2020 09:00 (UTC+04:00)
İtaliyanın "Yuventus" klubunun və Portuqaliya millisinin hücumçusu Kristiano Ronaldo Mançesterdə 4 ulduzlu otel inşa edəcək. "Report" xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb. Bildirilir ki, şəhərin biznes mərkəzində tikiləcək obyektin inşasına 30 milyon avrodan çox pul xərclənəcək. O da qeyd olunur ki, otelin 2023-cü ildə açılması planlaşdırılır. Otel 151 otaqdan ibarət olacaq.