Oğuzda 500 abonent yağışlara görə qazsız qalıb

23 Avqust 2020 16:55 (UTC+04:00)
Oğuz rayonunda güclü yağış sularının təsirindən daş hasar orta və aşağı təzyiqli qaz xətlərinin üzərinə aşıb. Azəriqazdan Trend-ə verilən məlumata görə, hadisə rayon mərkəzinin S.Vurğun küçəsində baş verib. Bildirilir ki, qaz xəttləri yararsız hala düşüblər. Nəticədə 500 abonentin qaz təchizatında müvəqqəti fasilə yaranıb.