Türkiyədə zəlzələ baş verib

24 Avqust 2020 09:15 (UTC+04:00)

 

Türkiyənin Malatya vilayətində 4,0 bal gücündə zəlzələ baş verib.

"Mövqe"-nin məlumatına görə, bu barədə ölkənin Təbii Fəlakətlər və Fövqəladə Hallar İdarəsi (AFAD) bildirib.

Məlumata əsasən, yeraltı təkanların episentri Pütürge rayonunda, ocağı isə 11,89 kilometr dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.