44 yaşlı kişi sirkə turşusundan zəhərlənib

24 Avqust 2020 09:25 (UTC+04:00)

Samux rayonunda yerli sakin zəhərlənib.

"Mövqe"-nin əldə etdiyi məlumata görə, rayonun Əhmədbəyli kəndində 44 yaşlı kişi hələ ki, bilinməyən səbəbdən içdiyi sirkə turşusundan zəhərlənib.

O, Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.