Ermənistanda koronavirusa yoluxanların sayı 43 minə yaxınlaşır

24 Avqust 2020 10:05 (UTC+04:00)

 

Ermənistanda koronavirusa yoluxanların, eləcə də bu virusdan ölənlərin sayı artmaqda davam edir. Ölkədə son 24 saat ərzində daha 176 nəfərdə koronavirus aşkarlanıb.

Bu barədə Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və onların Profilaktikası Milli Mərkəzi məlumat yayıb.

Bildirilir ki, bununla da Ermənistanda virusa yoluxanların sayı 42 min 792 nəfərə çatıb. Ermənistanda pandemiya qurbanlarının sayı 852 nəfər yüksəlib.

Qeyd olunub ki, son sutka ərzində daha 254 nəfər koronavirus xəstəsi başqa səbəblərdən dünyasını dəyişib. Bununlada başqa səbəblərdən ölən koronavirus xəstələrinin sayı son bir həftə ərzində 1500-ü ötüb.

Hazırda Ermənistanda 5 min 694 aktiv koronavirus xəstəsi var.