Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan komandasının potensial rəqibləri müəyyənləşib

24 Avqust 2020 15:38 (UTC+04:00)

 

Ümumdünya Şahmat Olimpiadasında dörddəbir finalda mübarizə aparacaq Azərbaycan komandasının potensial rəqibləri müəyyənləşib.

"Mövqe.az" AZƏRTAC-a istinadən xəbər verir ki, şahmatçılarımız pley-off mərhələsində mübarizə aparacaq Bolqarıstan-Polşa qarşılaşmasının qalibi ilə mübarizə aparacaqlar. Digər komandalara gəlincə, Hindistan Yunanıstan-Ermənistan, Rusiya Macarıstan-Almaniya, ABŞ isə Çin-Ukrayna qarşılaşmalarının qalibləri ilə görüşəcəklər.

Olimpiadanın pley-off mərhələsi avqustun 27-də, dörddəbir final yarışları isə 28-də keçiriləcək.