Koronavirus vaksinləri üzrə beynəlxalq tərəfdaşlığa 172 ölkə qoşulub

24 Avqust 2020 21:30 (UTC+04:00)

 

Bütün ölkələrin ədalətli şəkildə koronavirus vaksinləri ilə təmin olunması məqsədi daşıyan COVAX beynəlxalq mexanizminə 172 ölkə qoşulub.

Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adanom Gebreyesus brifinq zamanı deyib ki, ötən həftə bütün ölkələrə koronavirus vaksinlərinin hazırlanmasının sürətləndirilməsi üzrə tərəfdaşlığa qoşulmaq xahişi ilə məktub göndərilib:

“Bu günə olan vəziyyətə görə, 172 ölkə COVAX mexanizmində iştirak edir. Biz bütün ölkələrə vaksinlərin ədalətli paylanması üçün bütün vaksin istehsalçıları ilə işləyirik”.