Türkiyədə toy şənliklərində iştirak edən 150 nəfər karantinə alınıb

24 Avqust 2020 22:00 (UTC+04:00)

 

Türkiyənin Bursa vilayətində toy şənliklərində iştirak edən 42 nəfərdə COVID-19 aşkarlanıb, 150 nəfər isə qabaqlayıcı tədbirlər çərçivəsində karantinə alınıb. Bu barədə Bursa Şəhər Səhiyyə İdarəsinin müdiri Ömər Kaşıkcı bildirib. O, virusun şəhərdə son iki həftə ərzində keçirilən üç toyda iştirak edən beş nəfərdən yayıldığını deyib.

Ö.Kaşıkcı xüsusilə yaşlı və xroniki xəstəlikləri olan şəxslərin əhalinin sıx toplaşdığı məkanlardan uzaq durmalarının, mümkün qədər evdən çıxmamalarının vacibliyini vurğulayıb.