I və IV qruplar üzrə testlərin izahı açıqlanıb

25 Avqust 2020 11:46 (UTC+04:00)
Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olunmaq üçün 20-21 avqust 2020-ci il tarixlərində keçirilən imtahanlarda istifadə olunmuş test tapşırıqlarının izahını açıqlayıb. Mərkəzdən Trend-ə verilən məlumata görə, abituriyentlər, həmçinin valideynlər, müəllimlər, ekspertlər test tapşırıqları və onların izahını əldə edə bilərlər İmtahanda istifadə olunmuş test tapşırıqlarının izahının elektron versiyasını (pdf formatında) DİM-in internet saytından əldə etmək mümkündür. (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/).