DİN Qobustandakı qəza ilə bağlı məlumat yayıb

25 Avqust 2020 12:33 (UTC+04:00)
Daxili İşlər Nazirliyi Qobustanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi barədə məlumat yayıb. Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, avqustun 24-də saat 15 radələrində Qobustan rayonunun Nərimankənd kəndi ərazisində Zaqatala rayon sakini Ə.Nəbiyev idarə etdiyi "Mercedes-Vito" markalı mikroavtobusu aşırıb. Nəticədə sərnişinlərindən Qax rayon sakini Əminə Şövkətli hadisə yerində ölüb, digər sərnişini xəsarətlə xəstəxanaya yerləşdirilib. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.