Tixanovskaya “dinc inqilab”ın başladığını elan etdi

25 Avqust 2020 15:19 (UTC+04:00)
Belarusda keçirilən prezident seçkilərində Aleksandr Lukaşenkonun əsas rəqibi olan Svetlana Tixanovskaya ölkəsində "dinc inqilab"ın başladığını elan edib. Mövqe.az xəbər verir ki, bunu S.Tixanovskaya Avropa Parlamentindəki onlayn çıxışında söyləyib. "Biz artıq müxalifət deyilik. Biz artıq çoxluğuq. Hazırda dinc inqilab baş verir", - o bildirib. Onun sözlərinə görə, bu inqilab təbiətən geosiyasi deyil: "O, nə Rusiyameyilli, nə anti-Rusiya, nə Avropameyilli, nə də anti-Avropadır. Bu, demokratik inqilabdır. Bu, liderlərini azad şəkildə seçmək istəyən və öz taleyinə qərar vermək istəyən xalqın mübarizəsidir".