Azərbaycanda 133 nəfər koronavirusa yoluxdu, 86 nəfər sağaldı, 2 nəfər vəfat etdi

25 Avqust 2020 16:12 (UTC+04:00)
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 133 yeni yoluxma faktı qeydə alınıb, 86 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 35 559 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 33 190 nəfər müalicə olunaraq sağalıb, 521 nəfər vəfat edib, aktiv xəstə sayı 1 848 nəfərdir.